Bakıda heyvanları daşıyan yük maşını aşıb

Day.Az представляет новость на азербайджанском языке

Bakıda yol qəzası baş verib.

Day.Az "report"-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Ramiz Qəmbərov küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı, 90 XU 259 nömrəli dövlət qeydiyyat nişanlı yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinin yük yerində olan 3 baş xırdabuynuzlu heyvan tələf olub, 2 baş iribuynuzlu heyvan isə sağ qalıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.