Məkkədə bir ilk - İstəyən hacılar bu otaqlarda yata biləcək

Day.Az представляет новость на азербайджанском языке

Yaponiyada çox populyar olan kapsul otellər Səudiyyə Ərəbistanına gətirilib. "

Day.Az "ölkə.az"-a istinadən bildirir ki, hacı namizədləri istədikləri vaxt bu otaqlarda 3 saat yata biləcəklər.

2 milyon müsəlman zəvvar bu il Həcc ziyarətinə yola düşür. Səudiyyə Ərəbistanının qərbindəki Minada bir ilkə imza atılıb. Bir xeyriyyə fondu yorulan hacı namizədləri üçün kapsul otaqlar hazırlayıb. Sayı 14-18 olan kapsul otaqlarda istəyən hacı namizədi 3 saat yata biləcək.
 
3 metr uzunluğu, 1 metr hündürlüüy olan kapsullarda havalandırma sistemi, çarpayı və təmiz döşəküzü var. Bildirilir ki, kapsullar Yaponiyadan 1.114 dollara alınıb. Hər hacı namizədi yuxudan oyandıqdan sonra otağı təmizləyəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.