Küçələri texnika təmizləyəcək

Day.Az представляет новость на азербайджанском языке

Bakının küçə və prospektlərini artıq yeni gətirilən texnikalar təmizləməyə başlayıb. Bakı şəhər icra hakimiyyəti tərəfindən Bakı küçələrini təmizləmək üçün almaniya istehsallı 10 ədəd texnika gətirilib. Yeni texnikalar artıq Bakı küçələrində işə başlayıb.

Müasir standartlara cavab verən və çoxfunksiyalı texnika toz qalxmaması üçün yola su çiləyir. Buna parallel olaraq su vurulan hissələrin süpürülməsi prosesi gedir

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakının küçə və prospektlərini artıq bu texnikalar təmizləməyə başlayıb.

Bakı şəhər icra hakimiyyəti tərəfindən Bakı küçələrini təmizləmək üçün Almaniya istehsallı 10- ədəd texnika gətirilib.

Əsas məqsəd təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prosesində onların təhlükəsizliyinin təmin olunmasıdır.

Həmçinin, küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə təsərrüfat xidmətləri işçilərinin təhlükəsizliyinin təminatı üçün xəbərdaredici nişanlar hazırlanıb və rayon Mənzil Kommunal Təsərrüfatı birliklərinə paylanıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yeni, müxtəlif təyinatlı texnikaların alınması istiqamətində işlər davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Küçələri texnika təmizləyəcək