Bakıda piyada səkilərinin vəziyyəti təhlil edilir

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtda piyada səkilərinin vəziyyəti ürək açan deyil. Bakı Nəqliyyat Agentliyində keçirilən mətbuat konfransında agentlik rəsmiləri bildirib ki, bir çox yerlərdə piyada səkilərinin və avtobus dayanacaqlarının zəbt edilməsi faktları aşkarlanıb. Qurum tərəfindən həmin problemlərin aradan qaldırılması istiqamətində icra hakimiyyətləri ilə birgə işlər aparılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakının rayonlarında piyada səkilərinin vəziyyətinin öyrənilməsi üçün Bakı Nəqliyyat Agentliyi yoxlamalara başlayıb. Bəzi rayonlarda piyada səkilərinin olmaması və ya standartdan kənar olması müəyyən edilib.

Baki Nəqliyyat Agentliyinin şöbə müdiri Fuad İsmayılov bildirib ki, səkilərlə yanaşı, avtobus dayanacaqlarının zəbt edilməsi problemi də müşahidə edilir. Belə olan halda piyadalar məcbur olub yolun hərəkət hissəsinə keçirlər ki, bu da təhlükəsizliyin təmin edilməsinə problemlər yaradır. Agentlik rəsmisi qeyd edib ki, rayon icra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində bu problemlərin bir qismi aradan qaldırılıb. hazırda bu istiqamətdə işlər davam etdirilir.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Bakıda mövcud olan və qrum tərəfindən yeni yaradılacaq taksi dayanacaqları məsələsinə toxunub. O qeyd edib ki, Bakıda nəqliyyatın hərəkətinə mane olan taksi dayanacaqları ləğv ediləcək.

Qeyd edək ki, hazırda Bakıda 180-ə yaxın taksi dayanacağı var.

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda piyada səkilərinin vəziyyəti təhlil edilir