Fermerlər torpaqdan daha çox məhsul götürəcək

Artıq fermerlər əkin sahələrindən daha bol məhsul götürə biləcəklər. Milli.Az bildirir ki, bu, Torpaqların Elektron Kadastr uçotu informasiya sistemi vasitəsi ilə mümkün olacaq.

Məlumat bazası torpaqların elmi əsaslarla idarəedilməsinə, münbitlik dərəcəsini öyrənərək çatışmazlıqların aradan qaldırılmasına imkan verəcək. Bununla, təsərrüfat sahibləri harda və hansı məhsulu əkməyin faydalı olduğunu əvvəlcədən müəyyənləşdirə biləcək.Kənd Təsərrüfatı Naziri İnam Kərimovun sözlərinə görə, bütün bunlar son nəticədə məhsuldarlığın artmasına gətirib çıxaracaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov isə bildirib ki, bu sistem hərtərəfli olacaq. Burada torpaqların kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəriciləri barədə də məlumatlar yer alacaq.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında bununla bağlı Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, hər iki tərəf səlahiyyətləri çərçivəsində torpaqların elektron kadastr uçotu sahəsində, torpaqların intensiv üsullarla istifadə olunması istiqamətində birgə fəaliyyətə başlayacaq. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:

Fermerlər torpaqdan daha çox məhsul götürəcək