Falçılar bizi aldadır, bəs biz niyə aldanırıq?! - VİDEO
Azərbaycanda son illər falçı və cadugərlərin sayı artıb. Milli.Az bildirir ki, Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədr müavini Səyavuş Heydərov deyir ki, komitəyə bununla bağlı müraciətlər daxil olur. Özlərini falçı kimi təqdim edən bəzi insanlar vətəndaşları aldadırlar.
Falçılıq isə bütün dünyəvi dinlərdə birmənalı olaraq qadağan edilir. İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimin ayə və surələrindədə falçılıq şeytan əməli kimi qeyd edilir və haram sayılır.
Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə, insanların etibarından istifadə edib onları aldadan şəxslərə qarşı mübarizə daha da sərt formada həyata keçiriləcək. Falçılara qarşı dini qurumlarla iş üzrə dövlət komitəsi hüquq-mühafizə orqanları ilə birgə qabaqlayıcı tədbirlər görəcək.
Videonu izləmək üçün şəklə klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре