https://news.day.az/azerinews/1041580.html
Sərnişinlər metro tunelində qaldı, aktrisa... - Bakıda
Sərnişinlər metro tunelində qaldı, aktrisa... - Bakıda
Day.Az представляет новость на азербайджанском языке
Bakı metrosunda sərnişinlər növbəti dəfə tuneldə qalıblar.
Day.Az "ölkə.az"-a istinadən bildirir ki, bu barədə aktrisa Mətanət Əhmədova (Eres) sosial şəbəkədə yazıb:
"Yenə qalmışıq metroda-tuneldə. Hamıdan su axır. "28 May" və "Nizami" stansiyalarının arasındayıq".
Qeyd edək ki, son aylarda oxşar hadisə bir neçə dəfə baş verib.
"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Ölkə.Az"-a açıqlamasında bildirib ki, qatar işıqforun icazəsini gözlədiyi üçün bir neçə saniyəlik dayanmalı olub:
"Öndə sınaq qatarı gedib. Təxminən 20-40 saniyə arasında qatar tuneldə işıqforun icazəsini gözləyib. Heç bir narahatçlıq yoxdur".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре