Çənbər bağırsaq xərçənginin metastaz verməsinə qarşı vasitə yaradılıb

12 сентября 2018 23:22

Day.Az представляет новость на азербайджанском языке

Barselonanın Sant Pau klinikasında çənbər bağırsaq xərçəngi zamanı metastazın qarşısını ala biləcək klinik sınaqlar keçiriləcək. Bununla da klinikanın dünyada bu qəbildən təcrübələrin aparıldığı ilk tibb müəssisəsi adını almaq şansı var.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Sant Pau Elmi-Tədqiqat Biotibbi İnstitutunun, eyniadlı klinikanın, Barselona Muxtar Universitetinin və Elmi Tədqiqatlar Ali Şurasının alimləri adıçəkilən onkoloji xəstəlikdən ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmağa kömək edə biləcək bu kəşfin həmmüəllifləridir.

Yeni preparatın daha bir üstünlüyü ondadır ki, o, müasir tibb sahəsində şişin digər növlərinə qarşı mübarizədə də istifadə oluna bilər. Hazırda dünya dərman bazarında klinik sınaqlardan keçirilərək onkologiyada inqilab yarada biləcək müvafiq terapevtik vasitə yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!