2019-cu ildə yeddi Formula 1 festivalı keçiriləcək

12 сентября 2018 23:53

Day.Az представляет новость на азербайджанском языке

Keçən il Londonda təşkil edilmiş F1 Live şousunun uğurundan sonra "Liberty Media"da buna oxşar daha bir neçə hadisə olub. Bu il Şanxayda, Marseldə və Milanda oxşar festivallar uğurla keçirilib. Qarşıda daha bir yürüş şousu gözlənilir. Bu, Mayamidə olacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ildə Qran-Pri ərəfəsində düz yeddi festival keçirilməsi planlaşdırılır.

Formula 1-in kommersiya direktoru Şoin Bratçes deyib: "Bu il biz dörd festival keçirmişik, gələn il isə ən azı yeddi festival keçirməyi planlaşdırırıq. Düşünürəm ki, gələcəkdə onların sayı daha çox olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!