"Meksika bu il Azərbaycanla ticarət dövriyyəsində artım gözləyir"

14 сентября 2018 21:45

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi 2018-ci ildə 25 milyon dollara çata bilər.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Meksikanın müstəqilliyi gününə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores deyib.

Səfir qeyd edib ki, 1992-ci ildən 2014-cü ilədək iki ölkə arasında illik ticarət dövriyyəsi cəmi 1,2 milyon dollar təşkil edib, son üç ildə isə bu göstərici səkkiz dəfə artaraq 9,6 milyon dollara çatıb.

Diplomat əlavə edib ki, Azərbaycanla Meksika arasındakı dostluq əlaqələri getdikcə genişlənir.

Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələr sürətlə inkişaf edir:

"Azərbaycan-Meksika arasında qarşılıqlı səfərlər həyata keçirilir. Parlamentlərarası əlaqələr də əməkdaşlığın vacib sahələrindən biridir. Ölkələr əlaqələri daha da genişləndirməyə imkan verən bir sıra sənədlər imzalayıblar".

G.Cəfərov qeyd edib ki, rəsmi Bakı 2011-ci ildə Meksika Senatında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını və Xocalı soyqırımını pisləyən sənədlərin qəbul edilməsini yüksək qitymətləndirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!