Ronaldo bu dəfə Parisə əl uzatdı

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən çox qazanan futbolçuları arasında ilk pillələrdə yer alan "Yuventus"un hücumçusu Kriştiano Ronaldo Fransada otel açmağa hazırlaşır.

Day.Az komanda.az istinadən xəbər verir ki, Parisdə tikiləcək dörd ulduzlu otelin 53,4 milyon pounda başa gələcəyi gözlənilir. 210 otaqdan ibarət olması planlaşdırılan otelin ortağı məşhur "Pestana Group" şirkəti olacaq. Otelin 2021-ci ilədək hazır olacağı gözlənilir.

Layihə haqqında danışan Ronaldo, "Pestana" CR7 markasının Parisdə həyata keçirilməsi mükəmməl bir fikirdir. Dünyanın ən çox səyahət edilən yerlərindən biridir və markanın zərafəti möhtəşəm uyğunluqdur".

Bu otel "Pestana Gruop"un Fransada sayca 6-cı oteli olacaq və maliyyəsinin yarısını Ronaldo ödəyəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.