"SpaceX" dünyada ilk dəfə Ayın ətrafına sərnişin reysi təşkil edəcək

14 сентября 2018 22:36

Day.Az представляет новость на азербайджанском языке

Amerikanın "SpaceX" şirkəti dünyada ilk dəfə Ayın ətrafına xüsusi sərnişin reysi təşkil etdiyini bildirib.

Day.Az "report"-a istinadən xəbər verir ki, bu barədə şirkət "Twitter" səhifəsində bildirib.

Şirkətin yaydığı məlumata görə, xüsusi sərnişin reysi "BFR" raket daşıyıcılarının köməyi ilə təşkil olunacaq. "SpaceX" bildirib ki, bu, kosmosun adi insanlara əlçatan olması üçün vacib addımdır.

Şirkət sentyabrın 17-də sərnişinlərə uçuşun məqsədini təqdim etmək niyyətindədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!