Gözlər üçün faydalı meyvə-tərəvəzlər

14 сентября 2018 23:13

Day.Az представляет новость на азербайджанском языке

Bir sıra meyvə və tərəvəzlər gözün görmə qabiliyyətini yaxşılaşdırır.

Day.Az bildirir ki, Bakı şəhər 3 nömrəli poliklinikanın həkim-oftalmoloqu Sevda Bəşirova AZƏRTAC-a hansı meyvə və tərəvəzin görmə qabiliyyətinə necə təsir etdiyi barədə məlumat verib.

O bildirib ki, yerkökü karotinoid mənbəyidir və görmə itiliyini artırır. Kəsilmiş malın qaraciyərində olan retinol görmə sinirinin işini yaxşılaşdırır. Yağlı balıq növləri A vitamin və aminturşu mənbəyidir, gözün normal fəaliyyətini təmin edir. İspanaq lüteinlə zəngin olduğuna görə göz bülluru üçün faydalıdır.

Həkim-oftalmoloq deyib: "Antioksidantlarla zəngin qaragilə göz kapilyarlarını qidalandırır. Şirin bibər göz damarlarının tonusunu normallaşdırır. C vitamin ilə zəngin sitrus meyvələri gözün yerli qan dövranını yaxşılaşdırır. C və E vitamin ilə zəngin olan kivi isə torlu qişaya müsbət təsir edir. İtburnu bitkisi gözün yerli qan dövranını yaxşılaşdırır. A, B, C vitaminləri ilə zəngin olan cəfəri isə göz yorğunluğunu azaltmağa kömək edir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!