Tənhalıq hissi özünə qapanmanı artırır
Day.Az представляет новость на азербайджанском языке
Özlərini tənha hiss edənlər onlara doğma olan insanlardan daha çox uzaqlaşmaq istəyirlər. ABŞ-ın Çikaqo Universitetinin mütəxəssisləri apardıqları tədqiqatların nəticəsində bu qənaətə gəliblər.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər 600 nəfərin iştirak etdiyi iki araşdırma aparıblar. İştirakçılar əvvəlcə özlərini nə qədər tənha hiss etdiklərini bildirən testdən keçiriliblər. Sonra psixoloqlar könüllülərin dost, qohum, tanış və özlərinə yad olan insanlara nə qədər yaxın məsafədə dayanmaq və ya oturmaq istədiklərini müşahidə ediblər.
Məlum olub ki, çox güclü tənhalıq hissi insanı ən doğmalarından iki dəfə uzaqlaşdırır. Bu hissin güclü olması insanlarla aradakı məsafəni artırmağa məcbur edir.
Alimlər yeni araşdırmanın bundan əvvəl onlar tərəfindən təqdim olunmuş evolyusion tənhalıq modelini bir daha sübut etdiyi qənaətindədirlər. Məsələ burasındadır ki, tənhalıq hissi beyində iki əks proqramı hərəkətə gətirir: sosial əlaqələrin genişləndirilməsi və özünümüdafiə. İkinci hiss insanları potensial təhlükə olaraq görür və onlarla məsafə saxlamağa məcbur edir. Bunun nəticəsində insanın daxilində gedən mübarizə tənhalıq hissini daha da artırır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре