Məhsul bol olsa da, alıcı tapılmır

Day.Az представляет новость на азербайджанском языке

Məhsul bol olsa da, alıcı tapılmır. Day.Az bildirir ki, Qubada alma yığımına start verilib. Fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında və itkisiz toplanması üçün bütün qüvvələrini səfərbər ediblər. Toplanan məhsul ilkin mərhələdə elə bağlardaca çeşidlənərək qablaşdırılır. Ardınca isə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır.

Əksər bağbanlar yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə də satıla biləcək məhsul yetişdirməyi bacarıblar.

Bu il məhsul bol olsa da, alıcı azdır. Fermerlərin sözlərinə görə, Quba alması əsasən Rusiya bazarlarına göndərilir. Hazırda isə rus pulunun məzənnəsinin aşağı düşməsi meyvənin alıcılıq qabiliyyətinə mənfi təsir göstərib.

Alma yığımının oktyabrın sonuna kimi başa çatdırılması planlaşdırılır. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Məhsul bol olsa da, alıcı tapılmır