Azərbaycan neftinin son qiyməti

Day.Az представляет новость на азербайджанском языке

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 13-də 79,69 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,81 dollar/barel azdır.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 13-də 78,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,81 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 13-də 76,3 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,62 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 13-də 77,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,59 dollar/barel azdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.