Avtomobil almaq istəyənlər

Day.Az представляет новость на азербайджанском языке

1 milyon kilometrə yaxın yürüşlə satışa çıxarılan avtomobil 10 gün sonra iki dəfə az 400 min kilometr yürüşlə təkrar elan saytına yerləşdirilir. Başqa bir avtomobil də eyni qaydada ilkin olaraq yarım milyona yaxın kilometr yürüşlə satışa qoyulduğu halda iki həftədən də az müddətdən sonra yürüş məsafəsi dəyişdirilərək 320 min kilometr edilir.

Avtomobillərin yürüş məsafəsi azaldılıqdan sonra isə qiymətləri təxminən min manat da qaldırılır. Əvvəlki elanı görməyən alıcı isə bundan xəbərsiz olduğundan saxta yürüş məsafəsi ilə həmin avtomobili alır. Elan saytlarında son zamanlar bu tipli elanlara tez tez rast gəlmək mümkündür.Əksər alıcı seçdiyi avtomobili əvvəlki tarixlərdə axtarsa dəyişdirilən yürüş məsafəsinin şahidi ola bilər.

Satıcılar isə eyni avtomobilin fərqli yürüş məsafəsi ilə satışa çıxarılmasını müxtəlif bəhanələrlə izah edir.

Day.Az bildirir ki, bənzər hadisə paytaxt skaini Sərxan Qədirovun da başına gəlib. 210 min kilometr yürüşlə satdığı avtomobilini bir gün sonra 3 dəfə də az 70 min yürüşlə təkrar satışda görüb.

Bu hadisədən sonra Sərxan Qədirov avtomobilin 3-cü sahibini xəbərdar etmək üçün əvvəlki elanı da taparaq sosial şəbəkələrdə paylaşıb.Və bu elanlardan sonra aldadılan avtomobilin alıcısı Sərxanı tapır.

Servisdən alınan rəsmi sənəddən sonra aldadılan alıcı avtomobbili qaytara bilir. Avtomobilin yürüş məsafəsini dəyişdirmək isə ölkə qanunvericiliyinə zidddir. İstehlakçıları aldadan şəxslər cinayət məcəlləsinin 178 maddəsinə əsasən 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Avtomobil almaq istəyənlər - diqqətli olun!