"Ehtirasımı qabartmayın" - Qapıçını öpmək üçün 3000 verən aparıcı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin qalmaqallı aparıcısı Seda Akgül ötən gün yenə gündəmə gəlməyi bacarıb. O, efirdə "Beşiktaş" futbol klubunun qapıçısı Loris Karius-dan xoşlandığını, onu öpmək istədiyini dilə gətirib. Onun bu etirafı narazılıqla qarşılanıb. Aparıcını buna görə sosial şəbəkələrdə "yıxıb-sürüyüblər".

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Seda Akgül məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb. O, etirafı ilə bağlı Instagram-da yeni video yayıb. Aparıcı qalmaqallı sözlərini "zarafat" adlandıraraq özünə haqq qazandırmaq istəyib.

"Qadının da zarafat etmək haqqı var. Sadəcə zarafatla dedim ki, Karius gəlsə onu öpmək üçün 3750 lira verərəm. Siz kişilər bir-birinizlə zarafatlar etmirsiniz? Ağlımın az olduğunu düşünməyin, ehtirasımı isə qabartmayın".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.