Hərbi helikopter qəzaya uğradı, sonra atəşə tutuldu - 5 ölü

15 сентября 2018 14:00

Day.Az представляет новость на азербайджанском языке

Əfqanıstanın qərbindəki Fərəh əyalətində hərbi helikopter qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində helikopterin pilotu ilə yanaşı, daha 4 hərbçi həlak olub.

Qeyd olunur ki, texniki nasazlıq səbəbi ilə helikopter bölgədə təcili eniş etməli olub. Eniş zamanı isə helikopter "Taliban" silahlıları tərəfindən atəşə tutulub.

Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!