Castin Biber gizlicə evləndi - FOTO

15 сентября 2018 13:42

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən populyar muüğənnilərinən biri, kanadalı Castin Biber amerikalı sevgilisi, model Heyli Bolduinlə evlənib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 24 yaşlı müğənni ilə məşhur amerikalı aktyor Stiven Bolduinin qızı, 21 yaşlı Heyli cümə axşamı Nyu-York Şəhər Məhkəməsinə yollanıb, nikah müqaviləsini təsdiqlətdirərək imzalayıblar.

Castin Biberin 265 milyon dollarlıq, Heyli Bolduinin isə 3 milyon dollarlıq varidatları var.

Heyli Twitter-dəki mikrobloqunda Castin Biberlə nikahda olmadığını yazıb: "Evlənməmişik. Məhkəməyə də bir işlə bağlı getmişdik".

Castin Biberə yaxın mənbələr isə bildirirlər ki, gənclər toya hazırlaşırlar.

Toy gələn həftə Biberin Kanadadakı lüks malikanəsində olacaq.

Məhkəmədə nikah niyyətinin təsdiqlətdirən Castin Biberlə Heyli Bolduin heç bir açıqlama verməyiblər.

Nyu-York ştatının qanunlarına görə, nikah niyyəti təsdiqlənəndən sonrakı 60 gün ərzində nikah rəsmiləşməlidir.

Toydan sonra Castin Biber Los-Ancelesi tərk edərək Kanadanın Ontario ştatındakı 5 milyon dollarlıq malikanəsində yaşamaq niyyətindədir.

Castin Biberin anası isə oğlunun Heyli Bolduinlə evlənmək niyyətini çox soyuq qarşılayıb. O, gəlin qismində oğlunun sabiq sevgilisini, müğənni Selena Qomesi görmək istədiyinə eyham vurub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!