“Saxla” əmrinə tabe olmayan sürücü yol polisini vurdu

15 сентября 2018 13:35

Day.Az представляет новость на азербайджанском языке

Şabranda "saxla" əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub.

Bizimyol.info Report-a xəbər verir ki, Şabran rayon Dövlət Yol Polisi bölməsinin inspektoru, 1981-ci il təvəllüdlü Kənan Əliyev "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Məmməd Heydərova "saxla" əmri verib.
M.Heydərov əmrə tabe olmayaraq nəqliyyat vasitəsi ilə yol polisi inspektorunu vurub. K.Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılan zaman onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!