Rafael Ağayev finala yüksəldi

15 сентября 2018 15:03

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın tanınmış idmançısı Rafael Ağayev Almaniyanın paytaxtı Berlində keçirilən Karate1 Premyer Liqasında finala vəsiqə qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan R.Ağayev Rodriqo İbanez (İspaniya), Alton Braun (Yamayka), Ken Nişimura (Yaponiya) və Noa Biçi (Almaniya) məğlub edərək finala yüksəlib.

Onun bazar günü finaldakı rəqibi yapon idmançısı Yusey Sakiyama olacaq.

Milli komandanın digər üzvü - 60 kq çəki dərəcəsində yarışan Firdovsi Fərzəliyev Qazaxıstan təmsilçisi Kisar Alpisbayla bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Dörd rəqibindən üçünə qalib gələn İlahə Qasımova (55 kq) sonda medalçılar sırasına düşə bilməyib.

Karate1 Premyer Liqasında ikinci yarış günündə Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (hər üçü 84 kq-dan yuxarı), Roman Heydərov (kata), həmçinin Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) mübarizəyə qatılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!