"Barselona" meksikalı futbolçu üçün danışıqlara başladı

Day.Az представляет новость на азербайджанском языке

DÇ-2018-də özünü yaxşı tərəfdən göstərən PSV-nin üzvü İrvinq Lozano Avropanın aparıcı klublarının diqqət mərkəzindir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Meksika millisinin üzvü ilə "Atletiko", "Mançester Yunayted", Dortmund "Borussiya"sı və "Barselona" maraqlanır. Kataloniyalılar artıq 23 yaşlı futbolçunnun transferi üçün onun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Lozano ötən mövsüm Hollandiya çempionatında 29 oyunda 17 qol vurub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz