Dağıstanda döyüşlər: üç yaraqlı məhv edildi

15 сентября 2018 16:36

Day.Az представляет новость на азербайджанском языке

Dağıstanda antiterror əməliyyatı zamanı üç yaraqlı məhv edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında bildirilir.

Məlumata əsasən, xüsusi əməliyyat Talqi yaşayış məntəqəsində keçirilib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları ekstremistləri təslim olmağa çağırıblar. Lakin sonuncular buna atəşlə cavab veriblər. Nəticədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları yaraqlıları zərəsizləşdiriblər. 

Atışma zamanı güc strukturlarının şəxsi heyətindən, eləcə də yerli sakinlərdən xəsarət alan olmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!