Avtomobil saxlamağa yer üstündə qonşusunu öldürdü - Bakıda dəhşətli qətl

Day.Az представляет новость на азербайджанском языке

Avtomobil saxlamaq üstündə qonşusunu qətlə yetirən şəxs Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, cinayət məcəlləsinin 120.2.2, 120.2.4 cə 228.4-cü maddələri ilə məhkum olunan Rzayev Vidadi Dilavər oğlunun apellyasiya şikayəti təmin edilməyib. 

Bu ilin iyun ayında Bakı Ağır Cinayətlər məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişin hüquqi varisi, mərhum Şahin İsgəndərovun qardaşı Elçin İsgəndərovun məhkəməyə teleqram göndərdiyi elan olunub.

O, hadisədən sarsıldığını, təqsirləndirilən şəxsi görmək istəmədiyini, prosesə gələrsə, münaqişə yarada biləcəyini qeyd edib.

Sonra isə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, V. Rzayev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qanlı hadisə bu ilin yanvar ayında Yasamal rayonu, X. Mustafayev küçəsində baş verib.

1970-ci il təvəllüdlü Ələsgərov Şahin Rasim oğlu yaşadığı binanın həyətində avtomobilini saxlayarkən onunla qonşusu arasında mübahisə yaranıb.

Mübahisə zamanı qonşusu  1960-cı il təvəllüdlü Rzayev  Vidadi Dilavər oğlu ona 9 bıçaq zərbəsi vurub. 

Ş. Ələsgərov ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Yasamal rayon Polis İdarəsi 29-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat  tədbirləri nəticəsində hadisəni törədən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.  

Faktla bağlı Yasamal Rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz