ABŞ-ın hücumu İranın nüfuzunu artıracaq

Day.Az представляет новость на азербайджанском языке

Amerikanın hazırkı durumda ölkəmizə qarşı belə bir müharibəni başlamağa siyasi şəraiti və bu savaşda ona qoşulacaq müttəfiqi yoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri SEPAH baş komandanının canişini Hüseyn Səlami Tehranda baş tutan tədbirdə çıxış edərkən deyib. Səlami bildirib ki, İran İslam Respublikası hazırda regionda hegemon gücə və üstün mövqeyə malik bir ölkədir:

"Amerikanın ölkəmizə qarşı mümkün hər hansı bir hücumu, İran İslam Respublikasının bölgədəki nüfuzunun artmasına və daha da genişlənməsinə səbəb olacaq. Lakin hesab edirəm ki, Amerikanın hazırkı durumda ölkəmizə qarşı belə bir müharibəni başlamağa siyasi şəraiti və bu savaşda ona qoşula bilən müttəfiqi yoxdur".

Qeyd edək ki, İranın Ali dini lideri Əli Xamenei bundan əvvəl bildirib ki, İran silahlı qüvvələri öz hərbi güc və qabiliyyətlərini gündən-günə artırmalı və hər hansı bir xarici təhdidin qarşısını almaq üçün hazır olmalıdırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz