"Messi anasını itirmiş uşaq kimi ağlayırdı"

15 сентября 2018 18:28

Day.Az представляет новость на азербайджанском языке

Argentina millisinin sabiq fiziki hazırlıq üzrə məşqçisi Elvio Paolorosso maraqlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, 2016-cı ildə Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra (0:0, penaltilərlər 2:4) Lionel Messinin düşdüyü acınacaqlı vəziyyəti xatırlayıb: 

"Oyundan sonra paltardəyişmə otağında vəziyyət çox pis idi. Amma daha pisi qarşıda idi. Təxminən gecə iki radələridə mən Leonun otağına daxil oldum. Messi həmin anda anasını itirmiş uşaq kimi ağlayırdı. O, çox qəmli idi. Heç kim Leonu sakitləşdirə bilmirdi. Mən onu qucaqladım və biz birgə ağladıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!