Portuqaliyalı futbolçu ilə bağlı təcavüz iddiası - Sinəmə toxundu

15 сентября 2018 18:42

Day.Az представляет новость на азербайджанском языке

Portuqaliya millisinin və "Betis"in yarımmüdafiəçisi Vilyam Karvalyo təcavüz iddiaları ilə gündəmə gəlib.

Milli.Az komanda.az-a istinadən istinadən xəbər verir ki, Mariya adlı bir qadın Lissabonda Karvalyo tərəfindən təcavüzə uğradığını deyib:

"Gecə klublarının birində dostumla rəqs edirdim. Yanıma gəldi, sərt bir şəkildə sinəmə toxundu. Sonra dostum qışqırdı, dava oldu. O, "Mən Vilyam Karvalyoyam" deyirdi. İstər Karvalyo olsun, istərsə də Papa, heç kim belə bir şey edə bilməz".

Portuqaliyalı futbolçunun məsələylə bağlı açıqlaması çox gecikməyib. Eyni qəzetə açıqlama verən 26 yaşlı futbolçu, "Bütün bunlar yalandır. Belə şeylər baş verməyib. Vəkilim məsələylə maraqlanacaq" deyib.

Karvalyo "Betis"ə "Sportinq"dən transfer olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!