İnternetdən avtomobili üçün ehtiyat hissəsi sifariş verdi - Əvəzində görün nə göndərildi - FOTOLAR

15 сентября 2018 23:35

Day.Az представляет новость на азербайджанском языке

Çində maraqlı hadisə yaşanıb.

Metbuat.az xəbər verir ki, avtomobili xarab olan sahibkar ustaya müraciət edib. Texniki baxışdan sonra mühərrik hissədə bir ehtiyat hissənin xarab olduğu müəyyənləşib. Bunu nəzərə alan sahibkar ucuz başa gəlsin deyə həmin hissəni internet vasitəsilə sifariş etdirib. 3 gün sonra gələn paket lazımi məntəqəyə çatdırılıb. Paketi açan sahibkar şoka düşüb. Belə ki, oradan avtomobilin ehtiyat hissəsi əvəzinə taxta parçası çıxıb.

Həmin şəxs dərhal taxtanın fotolarını çəkərək sosial mediada paylaşıb və hər kəsə ehtiyatlı olmağı bildirib.

Həmin fotoları təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!