Bu ucqar regionda 3-cü uşağa görə ayda 300 dollardan çox pul verilir

16 сентября 2018 07:20

Day.Az представляет новость на азербайджанском языке

2019-ci ildə Rusiya Federasiyasında üçüncü uşaq üçün aylıq vəsaitin maliyyələşdirilməsi 20 milyard rubl artırılacaq.

Day.Az moderator.az-a istinadla xəbər verir ki, bu haqda Dövlət Şurası Rəyasət Heyətinin iclasında Əmək naziri Maksim Topilin danışıb.

"Gələn ildən biz birgə maliyyələşdirmənin başqa səviyyəsinə keçəcəyik; əvvəllər bölgələr bu ödənişin 70% -ni, Federasiya isə 30% -ini maliyyələşdirirdisə, 2019-cu ildən, əksinə, Federasiya həmin ödənişin 70% -ni ödəyəcək" - deyə nazir bəyan edib.

Xəbərdə xatırladılır ki, 2017-ci ildə Rusiyada 3-cü övlad üçün ödəniş ayda ortalama 10 min rubl(242 AZN, yaxud təxm. 143 dollar) olub. Ölkədə 3-cü övlad üçün ən yüksək aylıq Çukotka muxtar dairəsində - 22 min rubl( təxm. 533 AZN, yaxud təxm. 314 dollar), ən aşağı ödəniş isə Belqorod vilayətindədir - 8 min rubldan(təxm. 194 AZN, yaxud təxm. 114 dollar) bir az çox...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!