​Dünyanın ən sirli yazıları - Hələ də oxuya bilmirlər

16 сентября 2018 01:02

Day.Az представляет новость на азербайджанском языке

Rohonc mətnləri

Metbuat.az bildirir ki, bu günə qədər bəşəriyyətə məlum olan ən əsrarəngiz kitablardan biri Rohonc mətnləridir. Bu kitabın harada yazıldığı, nədən bəhs etdiyi sirr olaraq qalır. Kitabın sirrini açan tapılmır. Bunun səbəbi də yazıldığı əlifbadır. Hazırda dünya xalqlarının əlifbalarında 20-dən 40-dək hərflər mövcuddur. 448 səhifəlik Rohonc mətnlərində isə 200 fərqli işarə var. Bu qədər çox işarələr yan-yana yazılanda milyonlarla söz yaratmaq olar. Kitabın tarixi də ehtimallarla doludur. Araşdırmaçılar Macarıstandan Rumıniyaya, hətta Hindistana qədər yayılan geniş bir coğrafi ərazinin istənilən yerində onun yazıldığını təxmin edir. Kimsə Rohonc mətnlərini oxuya biləcəyinə inanırsa, səhifələrini internetdən tapa bilər.

Codex Seraphinianus

Bu kitabın dilini anlayan yoxdur. Həqiqətə uymayan təsvirlər və illüstrasiyalarla dolu olan bu kitab ensiklopediya da sayılır. Onun müəllifi İtaliyalı memar Luici Serafinidir.Memar kitabını nəşr etdirəndə deyib: "Bu kitab iki illik fasiləsiz zəhmətin məhsuludur. Elmi sübutu olan məlumatlar yazılıb". Lakin,alimlər uzun zaman Serafininin kitabını araşdırsa da, heç bir nəticə əldə olunmayıb. Kitabdakı əlifba da naməlumdur. Alimlər düşünür ki, yan-yana düzülən işarələr heç birmənalı söz yaratmır.

Qatil Zodiakın sirli məktubları

Zodiak ləqəbli qatil 1960-1970-ci illərdə 28-ə yaxın adam öldürüb. O, hər cinayətdən sonra qəzetlərə sirli məktublar göndərirdi. Bu şifrəli məktublardan tək biri oxunub. Məlum olub ki, qatil məktublarda qurbanlarından bəhs edir. Həm də, özü haqda kiçik ip ucu verir.

Voyniç əlyazması

Polşa vətəndaşı Vilfrid Voyniç1 912-ci ildə sirli bir kitab tapdı. Bu kitaba öz adını verdi. Kitabın hansı dildə yazıldığı məlum deyil. Voyniç kitabda nə yazıldığını öyrənmək üçün illər sərf etdi. Lakin, heç nə öyrənə bilmədir. Bir çoxdilçi alim kitabı araşdırsa da, uğurlu nəticə əldə edilməyib. Ehtimal olunur ki, kitab 15-ci əsrdə yazılıb. Kitabda müxtəlif dərmanlar haqqında yazıldığı təxmin edilir. Elmə məlum olmayan bitki və heyvanrəsmlərikitabın sirrini daha da artırır. Bəzi səhifələrdə astroloji məlumatlar da var. Araşdırmaçıların bəziləri düşünür ki, kitab cadugərlik sirrləri haqqında məlumat qaynağıdır.Voyniç əlyazmasının yazıldığı əlifba orta əsrlərdə mövcud olan heç bir əlifbaya bənzəmir. Düzdür, kitabınyalançı bir dildə yazıldığını iddia edənlər də var. Lakin, fonetika alimləri və dilçi mütəxəssislərkitabdakı sözlərin hecalama sisteminə uyğun gəldiyini, bir nəfər tərəfindın sərbəst şəkildə yazıldığını deyir. Hətta, kitabın yazıldığı dilin öz ahəng qanunu olduğu da isbatlanıb. Yəni, kitabmövcud dilin yazıya alınmasıdı. Amma hansı dil? Bu sualın cavabı tapılmır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!