İki barmağınızı bir-birinə bağlayın

Day.Az представляет новость на азербайджанском языке

Bəzi məsləhətlərə əməl edərək həyatınızı daha da asanlaşdıra bilərsiniz.

Metbuat.az Türkiyə KİV-nə istinadla bildirir ki, ayaqqabı qoxusu üçün çay paketi istifadə edə bilərsiniz. Bir gecə əvvəldən ayaqqabınıza paket qoyub səhərə qədər saxlayın.

Ayağınızda ağrılar varsa, tibbi bantla 3-cü və 4-cü barmağınızı bir-birinə yapışdırın. Bu üsul ağrıların azalmasına kömək edəcək. Bunun səbəbi iki barmaq arasındakı sinirlərdir. Barmaqlar bağlandığı zaman ağırlıq sinirinizə bərabər şəkildə təzyiq göstərir və beləcə ayağınızdakı ağrı azalır.

Duş qəbul edərkən aynaların buxar olmaması üçün traş köpüyündən istifadə edə bilərsiniz.

Hamamdakı duş başlığının ağzı tıxanıbsa, sirkəli suda saxlayın.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.