“Dünyanın ən gözəl uşağı” böyüdü

Day.Az представляет новость на азербайджанском языке

6 yaşı olanda kəşf edilən və moda dünyası tərəfindən "dünyanın ən gözəl qız uşağı" adlandırılan fransız Tilan Blondo şirkət qurub.

Day.Az ölke.az-a istinadən xəbər verir ki, bir sıra nüfuzlu şirkətlərin üz qapağı olduqdan sonra modelliyə davam edən Blondo yeni geyim şirkəti açıb.

Artıq 17 yaşı olan Tilan məşhur olduqdan 11 il sonra yeni moda brendi qurduğunu açıqlayıb. O, bu xəbəri 2.4 milyon izləyicisi olan İnstaqramda duyurub:

"Bir ildir ki, bu iş üçün çalışıram. "Heaven May Clothing" adlı brend çox yaxında satışa çıxacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.