12 yaşlı qızın hərəkətləri hamını təəccübləndirir - Van Dammın hərəkətlərini təkrarlayır - VİDEO

15 сентября 2018 23:34

Day.Az представляет новость на азербайджанском языке

Mingəçevirdə yaşayan 12 yaşlı qız məşhur aktyor Jan-Klod Van Dammın hərəkətlərini təkrarlayıb.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, babasının himayəsində böyüyən Jalə İsayevə 8 yaşından eyni hərəkətləri dəfələrlə məşq edərək istəyinə nail olub.
O, 2 yük maşınının ortasında durur, sonra isə maşınlar hərəkət edir və bir-birindən ayrılır.

Beləliklə, Jalə İsayevə akrobatik hərəkətlərlə avtomobil üzərində qeyri-adi bacarıqlarını göstərir.

Mingəçevirdə yaşayan Jalə İsayeva yaşının az olmasına baxmayaraq, idman hərəkətlərini ustalıqla həyata keçirir. Baba himayəsində böyüyən şəhər sakini 8 yaşından məşq etməklə istəyinə nail olub. Jalə İsayeva Jan-Klod Van Dammın ahıl yaşında gerçəkləşdirdiyi qeyri-adi bacarığı 12 yaşında həyata keçirib.

Üç bacının əkiz tayı olan Jalə doğulan gündən Mingəçevirdə, babası Tofiq İsayevin himayəsində böyüyüb. Baba nəvədə olan istedadı görüb həyəcanlanmaqla yanaşı, qürur duyduğunu da deyir. O, qızcığazın avtomobil üzərində "şpaqat" açıb rahat dayanmasını onun qorxmazlığı və riski sevməsi ilə əlaqələndirir.

İdman müəllimi olmaq istəyən Jalə İsayeva gələcəkdə iritonnajlı avtomobillərin üzərində məşhur aktiyorun hərəkətlərini təkrarlaya biləcəyinə ümidlüdür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
12 yaşlı qızın hərəkətləri hamını təəccübləndirir - Van Dammın hərəkətlərini təkrarlayır

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!