Şirvanda maşın yaşlı qadının üzərinə aşıb, ölən və yaralanan var

16 сентября 2018 07:08

Day.Az представляет новость на азербайджанском языке

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az "Report"a istinadən bildirir ki, Məhəmməd Əsədov küçəsindəki torpaq yolda yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı "10-ZP-823" dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb.

Hazırda soyadı məlum olmayan Güldəstə adlı qadın hadisə nəticəsində ölüb. Maşının sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!