"Sabah Ronaldonun günü ola bilər" - Alleqri

15 сентября 2018 23:34

Day.Az представляет новость на азербайджанском языке

"Mövsümün məsuliyyətli vaxtı yetişir. "Yuventus"un qarşısında duran əsas vəzifə Çempionlar Liqasında qrupdan çıxmaq və A Seriyasında turnir cədvəlinə başçılıq etməkdir. Çünki mart ayında bütün cəbhədə mübarizəni davam etdirmək istəyirik".

Day.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri deyib. A Seriyasının 4-cü turunda "Sassuolo" ilə keçiriləcək oyun haqda danışan mütəxəssis hələ ki, çempionatda qol hesabını aça bilməyən Kriştiano Ronaldo ilə bağlı fikirlərini də açıqlayıb:

"Ronaldo bu həftə yaxşı məşq edib. Səbirsizliklə qarşıdakı oyunu gözləyir. Sabah onun günü ola bilər".

Qeyd edək ki, "Yuventus" - "Sassuolo" oyunu sabah keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!