"Bavariya"da 2 ciddi itki

Day.Az представляет новость на азербайджанском языке

Almaniya Bundesliqasının 3-cü turunda "Bayer"lə qarşılaşacaq "Bavariya" oyuna ciddi itkilərlə çıxacaq.

Day.Az qol.az-a istinadən xəbər verir ki, Münhen klubu müdafiəçi Mats Hummels və yarımmüdafiəçi Leon Qoretskanın xidmətindən yararlana bilməyəcək. Zədədən yeni qayıdan Hummels hazır olmadığı üçün oynamayacaq. Qoretskanı isə komandanın baş məşqçisi Niko Kovaç Çempionlar Liqasında "Benfika" ilə keçirəcəkləri oyuna saxlayır.

Qeyd edək ki, "Bavariya" - "Bayer" matçı bu gün oynanılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.