Bakının azad olunması günü böyük coşqu ilə qeyd edilib - VİDEO

15 сентября 2018 23:29

Day.Az представляет новость на азербайджанском языке

Əllərdə Azərbaycan və Türkiyə bayraqları, dillərdə "Bir millət, iki dövlət" sədaları...

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda keçirilən parad maraqlı anlarla yadda qalıb. Minlərlə insan bu möhtəşəm anları izləmək üçün dənizkənarı bulvara toplaşıb.

Paytaxt sakinləri ilə yanaşı, Türkiyədən gələn qonaqlar da böyük həvəslə bu tarixi anın qürurunu bölüşüb.

Təntənəli paradın ən coşğulu anı isə süvari dəstələrinin və 100 il əvvəlki Qafqaz İslam Ordusunun geyimi ilə parada qoşulan əsgərlərin təntənəli keçidi olub.

Paradla əlaqədər bayram ab-havası təkcə Azadlıq meydanında və dənizkənarı milli parkda yox, bütün paytaxtda hiss olunub. Bəzi yaşayış binalarının eyvanlarından Azərbaycan və Türkiyə bayraqları asılıb.

Ümumiyyətlə, parad bütün ölkə vətəndaşları tərəfindən böyük qürur və iftixar hissləri ilə qarşılanıb...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakının azad olunması günü böyük coşqu ilə qeyd edilib

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!