Trampdan Çinə daha bir zərbə

16 сентября 2018 12:04

Day.Az представляет новость на азербайджанском языке

Birləşmiş Ştatlar 17 və ya 18 sentyabr tarixlərində Çindən idxal olunan 200 milyard dollar dəyərində əlavə mal qruplarına ilkin olaraq planlaşdırıldığını kimi 25 faiz deyil, təqribən 10 faiz dərəcəsində rüsum tətbiq edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Administrasiyası həmçinin 27-28 sentyabr tarixlərində Vaşinqtonda Çin nümayəndələri ilə ticarət danışıqlarının yeni mərhələsinə başlamağı nəzərdə tutub. Danışıqlarda ABŞ nümayəndə heyətinə maliyyə naziri Stiven Mnuçin rəhbərlik edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!