Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtda 13 000 000 AZN qiymətində ev satılır.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə elan bina.az saytında yerləşdirilib. Elan sayta bu gün yerləşdirlilib.

Məlumata əsasən, Bakı şəhəri, Rəsulzadə qəsəbəsində yerləşən 5 otaqlı ev çox baha qiymətə satılır.

Belə ki, ümumi sahəsi 4 sot olan evin yaşayış sahəsi 255 kvadratmetr təşkil edir. Bu cür villaya sahib olmaq istəyən şəxs nə az, nə çox düz 13 000 000 manat ödəməli olacaq.

Qeyd edək ki, bu qiymətdən də aşağı, Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz