Bakıda Ali məhkəmənin qarşısında qəza - Hadisə anı kameraya düşdü

Day.Az представляет новость на азербайджанском языке

Dünən günorta saatlarında Bakıda yol qəzası baş verib.

Milli.Az avtosfer.az-a istinadla xəbər verir ki, "Mercedes" və "Hyundai Santafe" markalı avtomobillərin toqquşub. Hadisə Yusif Səfərov küçəsində, Ali Məhkəmənin qarşısında baş verib.

Videodan da göründüyü kimi xanım sürücünün idarə etdiyi "Hyundai Santafe" markalı avtomobil sağ zolaqla hərəkət edir və sola manevr etmək istəyərkən artıq dönmə qadağan olan hissədən sağa Xocalı prospekti istiqamətinə dönən "Mercedes" markalı avtomobil ilə toqquşur.

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəysə də, sürücülər xəsarət almayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda Ali məhkəmənin qarşısında qəza