Deputat: "İki qardaş xalqın sarsılmaz birliyi, Azərbaycan-Türkiyə əlaqələri bu gün ən yüksək zirvədədir"

16 сентября 2018 14:16

Day.Az представляет новость на азербайджанском языке

İki qardaş xalqın sarsılmaz birliyi, Azərbaycan-Türkiyə əlaqələri bu gün ən yüksək zirvədədir. Bunu bu gün Azadlıq meydanında keçirilən parad bir daha sübut etdi.

Milli.Az bildirir ki, bunu Trend-ə millət vəkili Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, Bakının Qafqaz İslam Ordusunun köməyi ilə azad edilməsi bir daha Türkiyə və Azərbaycanın ta qədimdən qardaş ölkə olduğunu göstərir:

"15 sentyabr tarixi Azərbaycan üçün çox əhəmiyyətli tarixdir. O vaxt Qafqaz İslam Ordusu ilə Azərbaycan Ordusu birləşdi. Həmin dövrdə daşnaklar Bakını işğal etmişdi və müxtəlif istiqamətlərdən hücumlara baxmayaraq, şəhərdən çıxmaq istəmirdilər. Rusiyanın Bakını Azərbaycandan ayırmaqla bağlı planı vardı. Çünki Bakı həm Xəzər limanı idi, həm Qafqaza nəzarət, həm də Orta Asiya və İrana çıxış demək idi. Ona görə də Rusiya Bakını əldən vermək istəmirdi və ermənilərin Qafqazda məskunlaşmasını həyata keçirmək üçün bu addımlar atılırdı. Bakının işğaldan azad olunması həddindən artıq vacib məsələ idi. Qafqaz İslam Ordusunun köməyi ilə Bakı işğaldan azad olundu. Bundan sonra Azərbaycanın bütövlüyü tam təmin olundu".

Deputat bildirib ki, Bakının işğaldan azad edilməsi tarixi böyük bir bayramdır: "Bu, Azərbaycan tarixində ən böyük hadisələrindən biridir və çox strateji məsələdir".Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!