Qriqorçuk iş başına nə zaman qayıdacaq?

Day.Az представляет новость на азербайджанском языке

Ötən ay Astana şəhərini tərk edən Roman Qriqorçukun Qazaxıstanın eyniadlı klubuna qayıdacağı vaxt dəqiq bilinmir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis özü məlumat verib. O bildirib ki, bir müddətdən sonra yenidən Astana-dakı işinə geri dönəcək. Ancaq ukraynalı mütəxəssis vaxtı açıqlamayıb.

Ötən mövsümün sonunda Qəbələ-ni Astana-ya dəyişən Qriqorçuk avqust ayında şəxsi işləri ilə bağlı bu klubdan ayrılıb. Hazırda onun səlahiyyətlərini köməkçisi, erməni məşqçi Qriqori Babayan yerinə yetirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz