Mourinyo: "O, heç vaxt mənə getmək istədiyini deməyib"

16 сентября 2018 18:22

Day.Az представляет новость на азербайджанском языке

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Pol Poqbanın komandadan ayrılmaq istədiyi haqda xəbərlərə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Poqbanın klubdan getmək istədiyi haqda çıxan xəbərlərin yalan olduğunu bildirib. 

"Poqba dünya çempionatından sonra komandaya qoşulub, 2 ay olar bizimlə birlikdədir. Və o, heç vaxt mənə getmək istədiyini deməyib. Bu haqda nəsə yazmaq istəyirsizsə, sadəcə, real olanları yazın, eşitdiklərinizi deyil".

İngiltərə mətbuatı Poqbanın MY-də xoşbəxt olmadığını və bu səbəbdən getmək istədiyini iddia edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!