Kafedən oğurluq edən “zek” tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Şəki şəhərində kafelərdən birindən oğurluq hadisəsi baş verib.

Day.Az publika.az-a istinadən xəbər verir ki, şəhər ərazisindəki kafelərin birindən 198 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Əsgərov saxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.