WhatsApp-da çoxdan gözlənilən yenilik

16 сентября 2018 19:51

Day.Az представляет новость на азербайджанском языке

WhatsApp messencerinin tərtibatçıları çoxdan gözlənilən yenilənmənin proqrama əlavə ediləcəyini bəyan ediblər. Söhbət "qara fon" adlı yeni dizayndan gedir.

Day.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Wccftech nəşri yazır.

Bir müddət əvvəl messencer düyməli telefonlarda da əlçatan olub. Bu fürsət dünyada istifadəçilərin sayını əhəmiyyətli dərəcədə artırıb - WhatsApp-ın bazasına ən azı 1,5 milyon yeni hesab əlavə edilib.

"Qara fon"a qaldıqda isə, bu messencerin xarici görünüşü daha cəlbedici edəcək.

Bundan əlavə yeni sistem gözləri qıcıqlandırmayacaq. Həmçinin yeni fon sayəsində telefonun enerjisinə qənaət etmək mümkün olacaq.

Hazırda mütəxəssislər yeni fonu iOS və Android sistemlərində sınaqdan keçirirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!