Məşhur fransalı yazardan İslam dini ilə bağlı maraqlı etiraf

16 сентября 2018 19:51

Day.Az представляет новость на азербайджанском языке

Məşhur fransalı yazar Volter islam dini ilə bağlı bunları etiraf edibmiş.

Day.Az islaminsesi.info-ya istinadən məşhur fransalı yazar Volterin əsərlərindən qaynaqlanan və o dövrün tarixi mətnlərində yer alan İslam və Avropanın fikirlərini əks etdirən araşdırma yazını sizə təqdim edir.

Volter xristianlar arasında sevilmirdi. Onun ciddi şəkildə tənqid etdiyi xristian dini onun daim verdiyi suallara cavab tapa bilmirdi. Məsələn, onun "Filosofyana nitqlər və Lətifələr" adlı kitabı da bu üslubda qələmə alınıb və fanatik xristianları həddindən çox əsəbləşdirmişdi. Əslində qətiyyən dinə qarşı deyildi. O dinin vacibliyini belə dəyərləndirirdi: "Bəli, insanlara din lazımdır. Ancaq bu din saf, beynəlxalq formada qəbul edilən bir formada olmalıdır. Bir vilayət üçün deyil, bütün insanlar üçün  bir günəş kimi parlamalıdır"

O xristianlıq haqqında deyirdi: "Bu din gəldiyi gündən bəri çox dəyişikliyə uğramışdır. Adamı (Həzrəti İsa (ə)) əvvəl peyğəmbər elan etdilər, sonra isə Tanrı elan edib işin içindən çıxdılar." O yazılarında İsanın Tanrı elan edilməsinə qarşı çıxır və bunu məntiqsiz adlandırırdı. Bir başqa əsəri "Fəlsəfə lüğətində" İslam dinini xristianlıqla müqayisə edir və bu din haqqında yalan danışanları qınayır:

"Ey türk, sənin dinin mənə çox dəyərli görünür. Sən tək Tanrıya inanırsan və ildə gəlirinin ¼ -ni zəkat olaraq bağışlayırsan. Bayramlarda düşmənlərinə bağışlamağa məcbursan. Sənin dinin haqqında hey yalan danışdı zavalıllar. Sənin dinin gündə 5 dəfə namaz qılmağı, dünyanın ən çətin orucunu tutmağı tövsiyyə edərkən, bizim keşişlər şərab və likördən zövq alırlar."

Lakin İslam dini haqqında qətiyyən bu sözləri demir. O bu din haqqında "Ən parlaq din" olaraq bəhs edir. Onun "Xalqların adət-ənənələri haqqında traktat"da islam peyğəmbərinin vəfatından sonra onun hakimiyyətinin başqaları tərəfindən ələ keçirilməsi də öz əksini tapıb.

"İslam peyğəmbərinin sonuncu istək və iradəsi yerinə yetmədi. O, ölüm yatağında olarkən Əlini öz canişini seçmişdi. Lakin onun vəfatından sonra bu istək həmin əsrin bir sıra nüfuz sahibləri tərəfindən nəzərə alınmadı".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!