Ərəb koalisiyası Yəməndə radio binasını bombalayıb, ölənlər var

Day.Az представляет новость на азербайджанском языке

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin qərbində yerləşən Hodeyda şəhərində radiostansiya binasına endirdiyi hava zərbələri nəticəsində 4 nəfər həyatını itirib.

Day.Az "Report"a istinadən bildirir ki, bu barədə yerli "Al-Masira" telekanalı məlumat yayıb.

Bildirilir ki, ölənlərdən üçü mühafizəçi, biri isə radio əməkdaşıdır. Məlumata görə, koalisiya təyyarələri bina ətrafında keşik çəkərək "təcili yardım" həkimlərinin binaya yaxınlaşmasına imkan verməyiblər.

Ərəb koalisiyası Yəmən tərəfinin yaydığı məlumata hələ ki, münasibət bildirməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.