Bakıda ən ucuz, ən baha evlər hardadır? - VİDEO

16 сентября 2018 21:53

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtın kvadratmetri ən ucuz və ən baha olan əraziləri bəlli olub. Ən ucuz evlər kvadratı 500 manatdan, bahalı olanlar isə 2500 manatdan təklif olunur.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, yeni binalarda mənzillərin satış qiymətlərində 3-5 faiz arasında artımlar var. Əmlak eksperti Nofəl Quliyev bildirir ki, bu mövsümü xarakter daşıyan bir amildir.

Ekspert paytaxtda kvadratmetri ən ucuz qiymətə satılan evlərin əsasən hansı bölgələrdə yerləşdiyini də açıqlayıb. Onun sözlərinə görə bu ərazilər daha çox mərkəzdən kənarda qalan yerlərdi.

Kvadratı ən baha satılan mənzillər isə adətən paytaxtın mərkəzi hissələrində yerləşir. Burda qiymətlər minimal olaraq 1800 manatdan başlayır.

Ekspert bildirir ki, paytaxtın mərkəzi hissəsindən ev alanlar əsasən gələcəkdə həmin evləri turistlərə icarə verməyi nəzərdə tutanlardır.Belə ki, şəhərin mərkəzi hissələrində turistlər daha bahalı qiymətə qaldıqlarından vətəndaşlar da bu ərazilərdə ev almaqda maraqlıdırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda ən ucuz, ən baha evlər hardadır?

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!