"Biz hücumlar etdik, rəqib fərqləndi" - Sənan Qurbanov

16 сентября 2018 22:39

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Premyer Liqasında IV turun "Sabah"la səfər oyunundan sonra "Qəbələ" komandasının baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib.

Day.Az "Report"a istinadən bildirir ki, gənc mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

- Deyəcək bir şey yoxdur. "Təkqapı" oyun izlədik. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Biz hücumlar etdik, rəqib fərqləndi. Əvvəldən də bilirdik ki, "Sabah" bu cür oynayacaq. Ağır dönəm yaşayırıq. Ardıcıl 3 oyundu qələbə üzünə həsrətik. Oyundan razı olsam da, nəticə pisdir. Vəziyyətdən çıxış yolu axtaracağıq.

Vəziyyətdən çıxış yolu üçün ilk atılacaq addım hansıdır?

- İlk növbədə psixoloji təzyiq altına düşməməliyik. Əsas budu ki, uşaqlar qələbəsizlikdən sarsılmasınlar.

Artıq 25-ci dəqiqədə hakimdən narazılıq etdiniz və şifahi xəbərdarlıq aldınız...

- Ciddi iradım yoxdur. Ola bilər hansısa xırda epizodlar olsun. Bunun da təkrarına baxmaq lazımdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!